Qarabağda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqlar – FOTOREPORTAJ

  • Space TV
  • 25 Fevral 2021 16:48

Cəbrayıl qəbiristanlığı ermənilərin Qarabağda dağıtdıqları onlarla məzarlıqdan yalnız biridir. Burada hətta bəzi məzarlar qazılıb – burada dəfn olunmuş insanların sümüklərini asanlıqla görmək mümkündür.

WorldMedia.Az-ın yaydığı məlumatda bildirilir ki, Azərbaycanın Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam rayonları işğal edilərkən talan olunub, orada hər şey məhv edilib və bu şəhərlər faktiki olaraq, “ruhlar şəhəri”nə çevrilib. Üstəlik, bölgədəki qəbiristanlıqlar da yerlə-yeksan olunub.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərdəki bütün qəbiristanlıqların məhv edildiyini bildirib.

“Bu, vandalizmin ən iyrənc formasıdır”, – deyə o qeyd edib: “Ermənilərin azərbaycanlılara məxsus məzarlarla belə, savaşmasına, qəbirləri talan etməsinə ad tapmaq çətindir. Onlar sanki ölülərdən də intiqam almaq istəyiblər”.

Paylaş

 Xəbəriniz olsun