Qarabağda erməni əsgəri ölüb

  • Space TV
  • 2 Yanvar 2020 13:19

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazisində erməni ordusunun əsgəri ölüb.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hadisə dünən yerli vaxtla saat 11:30-da baş verib. Ermənistan ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Artyom Arturoviç Kazaryan ölüb.

Onun xəstəlikdən öldüyü bildirilir. Ermənistan ordusunun mətbuat xidməti xəbəri təsdiqləyib. Bildirilib ki, hərbi qulluqçunun ölümü ilə bağlı istintaq aparılır.

Paylaş

 Xəbəriniz olsun