Qarabağda erməni əsgər intihar edib

  • SpaceTV
  • 5 Noyabr 2019 11:54

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni əsgər özünü öldürüb.

SPACE TV -in məlumatına görə, noyabrın 4-də saat 19.30-da 2000-ci il təvəllüdlü Erik Arutyunyanın meyiti tapılıb.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

İstintaq gedir.

Paylaş

 Xəbəriniz olsun