Qarabağa gedən yol

  • SpaceTV
  • 15 İyul 2020 14:18

Bəli bu yol bizi Kəlbəcərə, Şuşaya Xankəndiyə – işğal altında olan bütün torpağlarımıza səsləyir və hər birimiz bu günün bizə tezliklə qismət olacağına da əminik.

Paytaxt  Bakıdan  çıxan  kimi yol üzərində asılan  tablolarda 50 km-dən bir  işğal  altında olan rayonlarımızın   hər birinin adına  rast gəlmək mümkündür. Ancaq 30 ilə yaxındır biz tarixi torpaqlarımızı yalnız adlarda yaşadır,  bu cür adlarına baxıb köks ötürürük. Ancaq bu həsrətin bitəcəyi gün yaxındadır

Elə 4 il öncə  ermənilər  üzərində qələbəmiz və son günlər düşmənə vurulan ağır zərbələr bir daha sübut etdi ki, qələbə qısa zamanda bizim olacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun