“Qarabağ” yeni transferini açıqlayıb

  • SpaceTV
  • 3 Sentyabr 2019 11:50

“Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Space TV qrupun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi İngiltərə Premyer Liqasında çıxış edən “Bornmut”un qapıçısı Asmir Beqoviçi heyətinə qatıb. 32 yaşlı qolkiperlə imzalanan müqavilənin detalları açıqlanmayıb. 

Bosniya və Herseqovina mətbuatı Beqoviçin icarə əsasında 6 ay “Qarabağ”ın formasını geyinəcəyini yazıb. 

Qeyd edək ki, Asmir Beqoviç karyerası ərzində İngiltərənin “Çelsi” və “Stok siti” klublarında çıxış edib. 

Paylaş

 Xəbəriniz olsun