“Qarabağ” uduzdu, qrupda qaldı

  • SpaceTV
  • 29 Noyabr 2019 10:52

UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunlarına start verilib.

SPACE TV xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” növbəti görüşünə çıxıb. Ağdam klubu səfərdə İspaniya təmsilçisi “Sevilya”nın qonağı olub.

“Xuan Sançes Pisxuan” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsilə başa çatıb.

Qeyd edək ki, qrupun digər oyununda isə APOEL “Düdelanj”ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Qurban Qurbanovun komandası qrupda qalıb. Ağdam təmsilçisi son turda qalib gəlsə, Nikosiya klubu uduzsa belə, şəxsi oyunlardakı üstünlüyə görə APOEL qrupu 2-ci pillədə başa vuracaq.

Paylaş

 Xəbəriniz olsun