Qarabağ torpaqlarının istehsalata yararlılığı araşdırılacaq

  • Space TV
  • 21 Yanvar 2021 13:54

Qarabağda müxtəlif istiqamətdə tədqiqat işləri aparılacaq.

Bu barədə AMEA-nın akademik katibi Adil Qəribov məlumat verib.

O bildirib ki, bu istiqamətdə artıq fəaliyyət planı hazırlanıb:

“Müharibədən qabaqkı dövrlə müqayisəli təhlillər aparılacaq. Bütün xüsusiyyətlər qiymətləndiriləcək. Hazırlanan plan 2021-2025-ci illəri əhatə edəcək. Bundan başqa həmin ərazilərin istehsalata yararlılığını yoxlamaq məqsədilə – torpaq örtüyü, onun xüsusiyyətləri tədqiq ediləcək. Ərazilərdə kənd təsərrüfatı və digər istehsalat sahələrinin optimal yerləşdirilməsi sxemi işlənəcək”.

Paylaş

 Xəbəriniz olsun