“Qarabağ” qələbə qazandı

  • SpaceTV
  • 24 Fevral 2020 10:44

Futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura “Qarabağ” – “Sumqayıt” görüşü ilə yekun vurulub.

SPACE TV xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 49-cu dəqiqədə Mahir Əmrəli vurub.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 41 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 33 xal olan “Neftçi” ikinci, “Keşlə” isə 29 xalla üçüncü yerdə qərarlaşıb.

Paylaş

 Xəbəriniz olsun