“Qarabağ” Premyer Liqada mövsümə qələbə ilə başladı

  • Space TV
  • 22 Avqust 2020 22:20

Azərbaycan Premyer Liqasında ilk turun daha bir matçı keçirilib.

Spacetv.az xəbər verir ki, günün yeganə oyununda qızıl medalların son sahibi “Qarabağ”la “Sabah” üz-üzə gəlib.

“Azərsun Arena”da keçirilmiş görüş son çempionun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada qolların hər ikisini ağdamlıların hücumçusu Mahir Emreli vurub. O, 45 və 68-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, turun dünən iki oyunu keçirilmişdi. Sonuncu qarşılaşma isə sabah Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edəcək.

Paylaş

 Xəbəriniz olsun