“Qarabağ” – “Neftçi” oyununun vaxtı açıqlandı

  • Space TV
  • 3 Fevral 2021 15:48

Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli məlum olub.

Tur iki günü əhatə edəcək.

13 fevral

“Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30

“Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”, 16:00

14 fevral

“Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu, 15:00

“Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu, 17:00

Qeyd edək ki, Premyer Liqaya 29 xalla “Qarabağ” başçılıq edir. İkinci pillədə olan “Neftçi” Ağdam komandasından iki xal geri qalır.

Paylaş

 Xəbəriniz olsun