“Qarabağ” – “Molde” oyununun yeri və vaxtı bəlli oldu – FOTO

  • Space TV
  • 9 Sentyabr 2020 21:09

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın “Molde” ilə matçı Kiprin Larnaka şəhərində keçiriləcək.

Bu barədə klubdan Spacetv.az-a açıqlama verilib.

Bildirilib ki, Larnaka stadionunda baş tutacaq matç sentyabrın 16-sı, Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Qeyd edək ki, püşk nəticəsində oyunun Azərbaycanda keçirilməsi nəzərdə tutulsa da, “Molde” Norveçdə tətbiq olunan karantin qaydalarını əsas gətirərək, ölkəmizə gəlməkdən imtina edib. UEFA isə matçın neytral meydanda keçirilməsinə qərar verib.

Paylaş

 Xəbəriniz olsun