“Qarabağ” – “Molde” oyununa hakim təyinatları açıqlandı

  • Space TV
  • 14 Sentyabr 2020 15:54

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki matçına hakim təyinatları açıqlanıb.

Spacetv.az xəbər verir ki, UEFA-nın rəsmi saytında yer alan məlumata görə, qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Scran Yovanoviç olacaq.

Hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprlilər təyinat alıb.

Qeyd edək ki, sentyabrın 16-da “AEK Arena”da keçiriləcək “Qarabağ”- “Molde” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Paylaş

 Xəbəriniz olsun