“Qarabağ” koronavirus testindən keçdi

  • Space TV
  • 25 Avqust 2020 13:47

“Qarabağ” klubunun futbolçuları Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları Moldova “Şerif”i lə matç üçün koronavirus testindən keçiblər. 

Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Spacetv.az-a verdiyi məlumata görə, komanda üzvləri yoxlanışa bu gün cəlb olunublar. Testin nəticələri sabah bəlli olacaq. 

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 20:00-da başlayacaq.

Paylaş

 Xəbəriniz olsun