“Qarabağ” fransalı hücumçusu ilə yollarını ayırdı – RƏSMİ

  • SpaceTV
  • 8 İyun 2020 12:46

“Qarabağ” Premyer Liqada yaranan fasilə zamanı bir futbolçu ilə yollarını ayırıb.

SPACE TV xəbər verir ki, hücumçu Maqay Qeye ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Halbuki bu futbolçu ilə müqavilə 2021-ci ilin yayınadək idi.

Qeyd edək ki, Seneqal əsilli fransalı Maqay Qeye “Qarabağ”da 28 oyunda meydanda olub və bu matçlarda səkkiz qola imza atıb.

Paylaş

 Xəbəriniz olsun