“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində!

  • Space TV
  • 26 Avqust 2020 22:05

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” oyunu başa çatıb. 

Spacetv.az xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.  

Qarşılaşmanın 22-ci dəqiqəsində Matiç, 63-cü dəqiqəsində Mahir Emreli komandamızın heyətində fərqləniblər.

“Şerif”in yeganə qoluna isə 78-ci dəqiqədə Kastaneda imza atıb.

Çempionlar Liqası

II təsnifat mərhələsi

26 avqust

“Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) – 2:1

Qollar: Uroş Matiç, 22 (pen.), Mahir Emreli, 63 – Kastaneda, 78

Paylaş

 Xəbəriniz olsun