“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır – AFİŞA

  • Space TV
  • 18 Avqust 2020 10:32

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarına start veriləcək.

Azərbaycan çempionu “Qarabağ” bu mərhələdə Şimali Makedoniyanın gümüş mükafatçısı “Sileks” komandası ilə qarşılaşacaq. Bu, mərhələnin ilk oyunu olduğundan, Çempionlar Liqasının I təsnifat mərhələsinə Bakıda start veriləcəyini deyə bilərik.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq. “Qarabağ” bu oyunda qalib gəlsə, II təsnifat mərhələsində sabah keçiriləcək “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.

“Qarabağ” – “Sileks” matçı “CBC Sport” telekanalı vasitəsilə yayımlanacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

20:00 “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya)

Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)

Hakim-inspektor: Atilla Abraham (Macarıstan)

UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Paylaş

 Xəbəriniz olsun