“Qarabağ” çətin sınaq qarşısında – AFİŞA

  • SpaceTV
  • 29 Oktyabr 2020 10:46

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları baş tutacaq. 

Spacetv.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” klubu yer aldığı İ qrupunda İspaniya “Vilyarreal”ı ilə qarşılaşacaq. 

Xatırladaq ki, UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi və Azərbaycan millisi ölkədəki vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirməlidir. Buna görə də “Qarabağ” – “Vilyarreal” oyunu İstanbul şəhərində “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 21:55-də başlayacaq. 

Qarşılaşmanı Çexiyadan olan hakimlər briqadası idarə edəcək. 

Qeyd edək ki, qrup mərhələsinin ilk oyununda “Qarabağ” Təl-Əvivdə “Makkabi” klubuna 0:1 hesabı ilə məğlub olub. “Vilyarreal” isə “Sivasspor”a 5:3 hesabı ilə qalib gəlib.

Paylaş

 Xəbəriniz olsun