Qarabağ bizi səsləyir

  • SpaceTV
  • 13 İyul 2020 17:12

İrəli Azərbaycan əsgəri , bu xalq sənə inanır və güvənir. Qələbə sənindir. Bəli, Ermənistanın baş naziri  başda olmaqla hər bir Ermənistan vətəndaşı növbəti dəfə anladı ki, Azərbaycan  tarixi torpaqları olan Qarabağı heç kəsə güzəştə getməyəcək.

30 ilə yaxındır ki, Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan Ermənistan rejimi bu gün də öz çirkin əməllərini həyata keçirtməkdədir.  Ötən gün erməni silahlı birləşmələrinin törətdiyi təxribatın qarşısının alınması zamanı cəbhə  xəttində gedən döyüşlərdə 4 hərçimiz şəhid oldu, 5-i isə yaralandı. Ancaq düşmən növbəti dəfə böyük itki verərək geri çəkilməyə məcbur oldu

Aprel  döyüşlərinin  iştirakçısı,  ehtiyatda olan polkovnik Elmar Hüseynov deyir ki, ötən gün cəbhədə törədilmiş təxribatın bütün məsuliyyəti Ermənistan  rəhbərliyinin  üzərinə düşür.Elə 4 il öncə  4 günlük döyüşlərdə də ermənilər Azərbaycan ördusunun hansı gücə  malik olduğunu gördü. Dünən günorta saatlarında  və  bu  gün  gecə  düşmənə vurulan sarsıdıcı zərbələr bir daha ermənilərə onu sübut etdi ki, Azərbaycanın rəşadətli ordusu  gec-tez illərdir işğal altında olan Qarabağ torpaqlarını azad edəcək.

Elmar Hüseynov hazırda ölkəmizin iki cəbhədə döyüşdüyünü bildirir.Əgər  Azərbaycan  ordusu  Qarabağ  uğrunda  savaşa atılıbsa sadə vətəndaşlarımız  isə informasiya  müharibəsi  aparmaqla ermənilərə  böyük təpki göstərir deyə keçmiş döyüşçü ötən gün gedən döyüşləri belə şərh edib.

Artıq hər kəsi bir fikir düşündürür:  əcdadlarımızın , babalarımızın uyuduğu o torpaqlar erməni cəlladlarının tapdağı altından tez bir zamanda azad etmək. Bu gün hər kəsin gözü cəbhəyə dikilib. Bu gün hər kəsin dilində, ürəyində, beynində  bircə ifadə səslənir: Qələbə. O gün uzaqda deyil. Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda Azərbaycan ordusunun düşmən təxribatına verdiyi adekvat cavab nəticəsində qarşı tərəfin xeyli itki verdiyi bildirilir.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun