“Qarabağ” Bakıda Lüksemburq klubu ilə heç-heçəyə görə pul aldı

  • Space TV
  • 16 Yanvar 2020 12:19

UEFA “Qarabağ”a 260 500 avro pul ayırıb.

SPACE TV  xəbər verir ki, Avropa Liqası turnirinin qrup mərhələsində qələbə və heç-heçələr üçün müəyyənləşdirilən, həmçinin, əlavə bonusların paylanması qaydası əsasında bu pul Ağdam klubunun balansına köçürülüb. 

Bu turnirin qrup mərhələsinin 4-6-cı oyun günlərində isə “Qarabağ” yalnız son turda Bakıda Lüksemburq “Düdelanj”ı ilə heç-heçə (1:1) edib. Həmin heç-heçəyə görə 190 min, əlavə bonuslara görə 70 500 avro kluba AFFA vasitəçiliyi ilə verilib.

Paylaş

 Xəbəriniz olsun