“QARABAĞ AZƏRBAYCANDIR”

  • SpaceTV
  • 10 Oktyabr 2019 16:48

Prezident İlham Əliyevin bəyanatından sonra böyük bir canlanmanın şahidi olduq. Bu canlanma Azərbaycanda milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır. Bu sözləri prezident İlham Əliyevin Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında söylədiyi “ Qarabağ Azərbaycandır və nida ” sözlərinə münasibət bildirərkən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov  dedi.  O,  prezidentin  bununla ciddi mesaj göndərmiş olduğunu qeyd etdi.

Baş nazirin müavini Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe tutmasına da münasibət bildirdi.

Əli Əhmədov bildirdi ki, Ermənistanın konstruktiv mövqe tutması danışıqlar prosesinin normal axarda davam etdirilməsinin vacib şərtlərindən biridir. 

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun