Qarabağ ətrafında nələr baş verir?

  • SpaceTV
  • 7 May 2020 15:59

ERMƏNİSTAN LİDERİ NİKOL PAŞİNYAN İKİ İLDİR Kİ, QARABAĞ MÜNAQİŞƏSİ İLƏ ƏLAQƏDAR MÖVQELƏRİNİN CÜZİ DƏ DƏYİŞMƏDİYİNİ BİLDİRİB. PAŞİNYANIN BU BƏYANATI BİR DAHA TƏSDİQLƏYİR Kİ, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNƏ , REGİONDA SÜLH VƏ TƏHLÜKƏSİZLİYİN TƏMİNATINA MƏHZ ERMƏNİSTAN  ƏNGƏL TÖRƏDİR. RƏSMİ BAKININ BƏYANATA CAVABININ DİGƏR HİSSƏSİ ONDAN İBARƏTDİR Kİ…

PAŞİNYANIN DİGƏR BƏYANATI BƏZİ SİYASƏTÇİLƏRİ NARAHAT  EDİB, BƏZİLƏRİNİN İSƏ İSTEHZALI GÜLÜŞÜNƏ SƏBƏB OLUB. SÖHBƏT ERMƏNİSTANIN YENİ XARİCİ SİYASƏT KONSEPSİYASINDAN GEDİR. GUYA Kİ, PAŞİNYAN ARTIQ ERMƏNİSTANIN ÜÇÜNCÜ NÖV ÖLKƏ OLMASINI İSTƏMİR

YERİ GƏLMİŞKƏN QEYD EDƏK Kİ, AZƏRBAYCAN PREZİDENT ADMNİSTRASİYASI HƏRBİ MƏSƏLƏLƏR ŞÖBƏSİNİN MÜDİRİ Məhərrəm Əliyev VƏ MÜDAFİƏ NAZİRİMİZ Zakir Həsənov  CƏBHƏBOYU ZONADA NÖVBƏTİ HƏRBİ HİSSƏDƏ OLUBLAR. BUNUNLA YANAŞI DÖYÜŞ HAZIRLIĞI PLANINA ƏSASƏN XÜSUSİ TƏYİNATLI BÖLMƏLƏRİMİZİN TAKTİKİ TƏLİMİ KEÇİRİLİB. İSTƏR YERLİ, İSTƏRSƏ DƏ ƏCNƏBİ POLİTOLOQLARIN FİKRİNƏ GÖRƏ HAZIRDA HƏRBİ-SİYASİ VƏZİYYƏT GƏRGİNDİR. ÇÜNKİ ERMƏNİLƏRLƏ DANIŞIQLAR NƏTİCƏ VERMİR , BAKININ SƏBR KASASI DOLUR VƏ SAVAŞ QAÇILMAZLAŞIR. HƏTTA RUSİYALI HƏRBİ EKSPERT ALEKSEY XLOPOTOVUN FİKRİNCƏ  BAKI HÜCUMA TAM HAZIRDIR. AMMA ÖNCƏLİKLƏ ƏMƏLİYYATIN İNFORMASİYA VƏ SİYASİ ADI TƏMİN EDİLMƏLİDİR.  

ANAR RƏHİMOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun