Qarabağ Əlillərinə ev verilib

  • SpaceTV
  • 12 Noyabr 2019 17:44

Ölkəmizin hər yerində olduğu kimi son illər Şirvan şəhərində də Qarabağ əlillərinin və şəhid ailələrinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər aparılır. Həmin imtiyazlı şəxslər üçün yeni mənzillər tikilir və onların istifadəsinə verilir. Bu gün Şirvan şəhərində yeni yaşayış binasından alınmış 20 mənzilin açarları Qarabağ Əlilləri və Şəhid ailələrinə təqdim olunub. Dövlətin göstərdiyi diqqət və qayğı onları hədsiz sevindirib.

Tədbirdə bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirirmələri nəticəsində əlilliyi olan şəxslərin mənzillə təminatı ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində bu tədbirlər ildən-ilə gücləndirilir.

Qeyd edək ki, indiyədək Şirvan şəhərində 89 şəhidailəsi və 68 Qarabağ əlili yeni mənzillərlə təmin olunub. Bu proses bundan sonrada davam etdiriləcək.

Təyyara Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun