Qarabağ əlili: “Heydər Əliyev toyumda “Süleymani” havasını oynadı”

  • SpaceTV
  • 12 Dekabr 2019 13:26

Ümummilli Lider Heydər Əliyevin 1999-cu ildə toyunda iştirak etdiyi Tuqay Rzayev xatirələrini danışıb.

SPACE TV xəbər verir ki, bu barədə məcburi köçkün, Qarabağ əlili T.Rzayevunikal.org-a bildirib ki, toy Biləsuvar rayonu ərazisindəki çadır düşərgəsində keçirilib. Onun sözlərinə görə həmin gün Novruz Bayramı ərəfəsinə təsadüf edib:

“Martın 19-u günü biz tezdən toy mərasiminə hazırlaşırdıq. Dedilər ki, Heydər Əliyev yoldadır, toyda iştirak etməyə gəlir. Ulu Öndər zala daxil olanda hamı ayağa qalxdı. Onu qarşıladılar, gözəl toy keçdi. Heydər Əliyev çıxışında dedi ki, birinci toydur ki, iştirak edirəm. Məclisdə anam Süleymani havasını sifariş elədi. Ulu Öndərlə birlikdə ailəmizlə rəqs etdik. Bu tarixi heç bir zaman unutmaq olmaz”.

Paylaş

 Xəbəriniz olsun