“Qara panter” vəfat etdi

  • Space TV
  • 29 Avqust 2020 10:11

“Qara panter” (2018) filminin baş rol ifaçısı aktyor Çedvik Bouzman 43 yaşında xərçəngdən vəfat edib.

Bu barədə ailəsinin açıqlamasına istinadən “Associated Press” (AR) məlumat yayıb.

“Əsl döyüşçü olan Çedvik bütün bunlara dözdü və sevdiyiniz bir çox filmləri sizə hədiyyə etdi”, – deyə ailədən bildirilib.

Bouzmana dörd il əvvəl yoğun bağırsaq xərçəngi diaqnozu qoyulmuşdu. O, Los-Ancelesdəki evində, ailəsinin əhatəsində ölüb.

Paylaş

 Xəbəriniz olsun