Qara dənizdə həlak olan qayıqçıların cəsədlərinin çıxarılmasına başlanılıb

  • Space TV
  • 11 Yanvar 2020 12:29

Qara dənizdə Rusiya bayrağı altında üzən “Glard-2” tankeri ilə Türkiyənin “Dursun Ali Coşkun” adlı balıqçı qayığının toqquşması nəticəsində həlak olan üç qayıqçının cəsədlərinin sudan çıxarılması işlərinə başlanılıb.

SPACE TV  xəbər verir ki, hadisə yanvarın 10-da yerli vaxtla saat 6:35-də İstanbul boğazı yaxınlığında baş verib.

Xatırladaq ki, qəza zamanı qayıqda olan altı nəfərdən üçü özünü dənizə atıb. Onları yaxınlıqdakı digər balıqçı qayığı xilas edib. İtkin düşən balıqçıların isə cəsədlərinin batan qayığın istirahət bunkerində olduğu müəyyən edilib.

Ölənlərdən birinin xarici ölkə vətəndaşı olması ehtimal edilir. Qəzanın dumanlı hava şəraiti səbəbindən baş verdiyi bildirilir.

Paylaş

 Xəbəriniz olsun