“Qara Bazar ertəsi”ndən sonra qonşu ölkələrin valyutaları çökür

  • Space TV
  • 9 Mart 2020 15:50

Bu gün neftin qiymətinin kəskin ucuzlaşmasından sonra maliyyə bazarlarında kəskin dəyişiklik baş verib. Mütəxəssislər buna “Qara Bazar ertəsi” adını verib.

SPACE TV xəbər verir ki, “Qara Bazar ertəsi”ndən sonra türk lirəsi dollara nisbətdə 1% ucuzlaşıb. Cümə günü 6.07 səviyyəsinə qədər enən Dollar/TL bu gün 6.2027 səviyyəsinə yüksəlib.

Neftin ucuzlaşması Rusiya milli valyutasını da kəskin ucuzlaşdırıb. Beynəlxalq valyuta bazarında Dollar/RUB 68, 547 səviyyəsindən 73, 227 səviyyəsinə yüksəlib.

Avro/RUB cütlüyü isə 77, 352 səviyyəsindən 83, 661 səviyyəsinə yüksəlib. Hər iki valyutaya nisbətdə rublun ucuzlaşması tendensiyası davam edir.

İran realı isə 1 ABŞ dollarına nisbətdə 42,000 səviyyəsindədir. İran valyutası da son zamanlar dəyər itirməkdədir.

Gürcüstan valyutası isə digər valyutalara nisbətdə dollara qarşı 2,7760 səviyyəsindən 2,7635 (-0,45%) səviyyəsinə enib.

Paylaş

 Xəbəriniz olsun