Qanvermə aksiyası keçirilib

  • SpaceTV
  • 4 Sentyabr 2019 12:45

Zərdabda qanvermə aksiyası keçrilib. Aksiya Mərkəzi Qan Bankının və Zərdab Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə təşkil olunub. Aksiyada rayon ictimaiyyətinin nümayəndələri, o cümlədən təhsil, səhiyyə, mədəniyyət, hüquq – mühafizə orqanlarının işçiləri fəal iştirak edib.

 Məqsəd ölkədə qan xəstəliyindən əziyyət çəkən insanlara yardım etməkdən ibarətdir. Gün ərzində 200 nəfərin qan verməsi nəzərdə tutulur. Aksiya öz işini uğurla  davam etdirir və yığılan qan nümunələri Respublika Mərkəzi Qan  Bankına təhvil verilir.

Hər birimiz bu cür aksiyalarda iştirak etməklə bir, on, hətta yüzlərlə canı xilas edə bilərik. Bir insanın həyatı naminə bir neçə qram qanımızdan keçməyi ehtiyaca olanlara əsirgəməyək. Bəlkə də, indicə ata deməyi öyrənən bir körpəyə geri qaytararıq öz atasını, bəlkə də yeni doğulmuş körpəsinə qovuşdurarıq hansısa bir ananı.

Bəli, biz, siz, ümumən cəmiyyətimiz tutduğumuz xeyirxah əməllərimizlə xəstəliyi olan insanları geri qazanarıq. Odur ki, əlimizdə imkan olduğu müddətcə hər birimiz bir nəfər kimi yaxşı əməllərə imza atmalıyıq..!

Vahid  Fəxri -Zərdab- Space

Paylaş

 Xəbəriniz olsun