Məhərrəmlik ayının ən əlamətdar günü Aşuradır. Aşura günü ilə bağlı qana ehtiyacı olan xəstələrə qan verilir.
Ağsuda Aşura günü ilə əlaqədar qan vermə aksiyası keçrilib. Səhər saatlarından başlayan aksiyada rayon dindarları, imamlar, axundlar, inanclı insanlar və rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak edib. Məqsəd ölkədə qan xəstəliyindən əziyyət çəkən uşaqlara yardım etmək və onlara mənəvi dəstək olmaqdır.
Sakinlərdə bu cür aksiyaların keçrilməsini müsbət qiymətləndirirlər və hamını xeyirxah əməllərədə yaxından iştirak etməyə səsləyiblər.
Dünən keçirilən qanvermə aksiyasında 200 nəfərə yaxın insan iştirak edib. Yığılan qan nümunələri Respublika Mərkəzi Qan bankına təhvil verilib.
Vahid Fəxri, Ağsu