Qanvermə aksiyası keçirilib

  • SpaceTV
  • 10 Sentyabr 2019 14:41

Bu gün Yeni Azərbaycan Partiyasının mənzil qərargahında növbəti qanvermə aksiyası keçirilib. Qanvermə aksiyasını keçirməkdə məqsəd ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək etməkdir. 

Qeyd edək ki, Qanvermə aksiyasında YAP İcra Katibliyi də daxil olmaqla,  Bakı və Abşeron üzrə rayon təşkilatlarının nümayəndələri,  Milli Məclisin deputatları və şəhər sakinləri iştirak edib.

Aksiya iştirakçıları onuda vurğuladılar ki, Məhərrəmlik  ayında ən savab əməllərdən biri də məhz ehtiyacı olanlara qan verməkdir.

Aksiyada ümumilikdə 300 nəfər qan verib.

Tural İbrahimov İsa İsmayilov Space

Paylaş

 Xəbəriniz olsun