Qanunu pozanlar cəzalandırıldı – VİDEO

  • Space TV
  • 24 Avqust 2020 12:52

Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin avqustun 18-də  qız  övladına  toy  mərasimi  təşkil edən   kürəkəni, sabiq  deputat  İlham Əliyev  və  qudası  Rövşən Mustafayev  məhkəmə qarşısına çıxarılıb.  Space TV-nin xəbərinə görə, məhkəmənin qərarı ilə   onlar  15  sutka  inzibati  qaydada  həbs  edilib. Toy  mərasimində  qonaq  qismində  iştirak  edərək  Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozan   Yeni Azərbaycan Partiyasının   İcra Katibinin müavini Siyavuş Novruzova isə  töhmət verilib.

Bu gün  bütün  dünya  COVID-19  pandemiyası ilə  mübarizə aparır. Virusun  yayılmasının  və fəsadlarının qarşısını  almaq  məqsədi ilə   müxtəlif   qayda  və  qadağalar   tətbiq olunur.  Azərbaycan da    virusla  mübarizədə   bütün imkanlardan  istifadə  edərək  nəzərdə  tutulan  tələblərə uyğun siyasət aparır. Ölkəmizdə  Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus infeksiyasının yayılmasına qarşı bir sıra addımlar ataraq müəyyən məhdudiyyətlər tətbiq edib. Qadağalar  sırasına kütləvi tədbirlərin,  toy  və yas mərasimlərinin  qadağası da daxildir. Amma  görünən  odur ki, dövlətin   qəbul etdiyi  qaydalara  zidd  gedənlər, məsələnin ciddiliyini qulaqardına  vuranlar  var.

Qanun  hamı üçün  qanundur  və  birmənalı  olaraq   ən  ali məmurdan  tutmuş, siravi  vətəndaşa  kimi  hər  kəs qanuna əməl  etməlidir. Görünən  odur ki, akademik  olmaqla  deyil,  gərək  qanunu  düzgün  bilib  ona riayət  edəsən.  Özünü  hər kəsdən   və  qanundan üstün tutduğunu   nəvəsinə  toy  etməklə təsdiqləyən  Milli Elmlər Akademiyasının prezidenti  Ramiz  Mehdiyev  və kürəkəni, sabiq millət  vəkili İlham Əliyev siyasi  və  hüququ  dövlət olan Azərbaycan  Respublikasının   vətəndaşları  olduqlarını unudublar.

Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq  deputat  İlham Əliyev  və  qudası  Rövşən Mustafayev  məhkəmə qarşısına çıxarıldı.  Məhkəmənin qərarı ilə   onlar  15  sutka  inzibatı  qaydada  həbs  edilib. Toy  mərasimində  qonaq  qismində  iştirak  edərək  Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozan   Yeni Azərbaycan Partiyasının  İcra Katibinin müavini Siyavuş Novruzova isə  töhmət verilib. Haqlı qərardan isə bu  nəticəyə  gəlinir:  Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlətdir  və siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır.

Paylaş

 Xəbəriniz olsun