Qanunsuz taksi fəaliyyətinə son! – FOTO

  • SpaceTV
  • 25 Sentyabr 2019 14:43

Respublikanın şimal qapısı sayılan 20 yanvar dairəsi ətrafında və metronun yaxınlığında illərdir pərakəndə  taksi fəaliyyəti ilə məşğul olan sürücülərin o ərazidə yaratdığı problem artıq öz həllini tapmaq üzrədir. Amma əməkdaşlarımızın sözügedən ərazidə apardığı müşahidələr zamanı qanuna məhəl qoymayaraq  qaydaları pozan sürücülərə də rast gəlinib.

Paytaxtın müxtəlif ərazilərində, xüsusilə də metro çıxışlarında və bura yaxın olan yerlərdə qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı DYP və BNA tərəfindən aparılan tədbirlər davam etdirilir.

Tbilisi prospektindən üzü 20 yanvar metrosu istiqamətində yol boyu avtomobillər park edilib. Yolun hərəkət istiqamətində nəqliyyat vasitələri saxlandığı üçün  digər avtomobillərin normal hərəkəti iflic vəziyyətə düşürdu.

Bu mənzərəyə illər idi ki, günün istənilən vaxtı rast gəlmək mümkün idi. Artıq  bundan  sonra  paytaxt sakinləri, həmçinin şəhərimizə gələn qonaqlar bu vaxta kimi qarşılaşdığları mənzərəyə bir  daha  şahid olmayacaqlar.

Sözügedən ərazilərdə gün boyu yol polisi , Bakı Nəqliyyat Agentliyinin əməkdaşları xidmət aparırlar. Qanunsuz park edilən avtomobillər ərazidən uzaqlaşdırılır, qanuna tabe olmaq istəməyən sürücülərə isə cərimə tətbiq edilir.

Agentliyin əməkdaşları bildirilər ki, 20 yanvar dairəsi və bura yaxın olan ərazilərdə  gün boyu  tıxacların yaranma səbəblərindən biri də   avtobusların dayanacaqlardan kənar saxlanılması idi ki, artıq bu məsələ də öz həllinmi tapmaq üzrədir.

Qanunsuz taksi fəaliyyəti və dayanma durmanı pozan sürücülərə qarşı tədbirlərə yaxın günlərdə metronun Koroğlu stansiyasının qarşısından da başlanılacaq.

Rəşad Vəkiloğlu Space

Paylaş

 Xəbəriniz olsun