Qanunsuz şəkildə odlu silah satan şəxs saxlanılıb

  • Space TV
  • 8 Yanvar 2020 11:23

Astara polisi qanunsuz saxlanılan silah-sursatın aşkar edilməsinə müvəffəq olub. Belə ki, daxil olmuş məlumat əsasında Astara RPŞ əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə rayonun Şiyəkəran kənd sakini Sadiq Rzayev tutulub. Lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan İJ-17 markalı 16 kalibrli tüfəngi satan keçmiş məhkum iş başında saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 2 ədəd patron da aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almazoğlu SPACE TV


Paylaş

 Xəbəriniz olsun