Qanunsuz parklanmaya qarşı mobil avtomobillər

  • SpaceTV
  • 16 Yanvar 2020 16:03

Bundan  sonra  paytaxt  yollarında  qanunsuz  parklanma  hallarına qarşı nəzarət tədbirləri xüsusi kameralarla təchiz olunan avtomobillərlə də aparılacaq.BNA  tərəfindən  mobil  qaydada həyata keçiriləcək bu yenilik qanunsuz parklanmanın müşahidə olunduğu küçələrdə,  xüsusi avtobus dayanacaqlarında,  qeyri qanuni saxlanılan nəqliyyat vasitələrinin daha çox olduğu ərazilərdə xidmətin təşkil edilməsini nəzərdə tutur.

Əgər  bu  vaxta qədər qədər  agentliyin əməkdaşları və müşahidə kameraları vasitəsi ilə qanunsuz parklanma və qayda pozan sürücülərə qarşı tədbirlər görülürdüsə, bundan sonra yeni avtomobilin hərəkət trayektoriyasındakı yollarda dayanma  və  durma qaydalarının pozulması faktları aşkar edildikdə həmin hallar videoçəkilişlə qeydə alınacaq. Avtomobildə olan əməkdaş isə istifadəsində olan bort-kompüter vasitəsilə dayanma və durma qaydalarını pozan sürücü barədə inzibati tənbehvermə haqqında qərar tərtib edə biləcək. 

Bəs nəzərə  alsaq ki, paytaxtın  bir çox küçə və prospektlərində sürücülər üçün dayanma-durma və parklanma yerləri nəzərdə tutulmayıb, bu zaman yeni mobil avtomobillərin həmin ərazilərdə xidməti necə təşkil olunacaq

Onu da qeyd edək ki, paytaxtın bir çox küçə və prospektlərində tıxacların yaranma səbəblərindən biri də nəqliyyat vasitələrinin avtobus dayanacaqlarını qanunsuz zəbt etməsidir,  elə yeni gətirilmiş avtomobillər də daha çox bu ərazilərdə xidmət aparacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun