Qanunsuz ov edənlər saxlanıldı

  • SpaceTV
  • 16 Noyabr 2019 16:32

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Pensər və Bala Şahağac kəndləri ərazisində qanunsuz ov edən rayon sakinləri İlqar Rufullayev və Səfər Rüstəmov, bir nəfər isə Lənkəran sakini Süleyman İsmayılov saxlanılıb. Onlardan müvafiq sənədləri olmayan  ov tüfəngi aşkar edilərək götürülüb. Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Rövşən Almasoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun