Qanunsuz olaraq üzərində odlu silah gəzdirən Masallı sakini saxlanılıb.

  • SpaceTV
  • 21 Yanvar 2020 18:25

Masallı şəhərində yaşayan Orxan Əlibəyli qanunsuz şəkildə odlu silahı əldə edib gəzdirməkdə şübhəli olduğundan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat–axtarış tədbirləri keçirilib. Nəticədə şəhər ərazisində saxlanılan gəncin üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin iç hissəsindən 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə istehsal olunmuş 16 kalibrli, “İJ-58” modelli ov tüfəngi tapılıb. Çaxmaqsız, hamar qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu silah ondan götürülüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Rövşən Almazoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun