Qanunsuz balıq ovunun qarşısını almaq məqsədi ilə Mingəçevir və Yevlaxın su hövzələrində reyd keçirilib.

  • Space TV
  • 31 Yanvar 2020 16:00

Reyd 8 saylı  Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Mingəçevir Su Polisi və Fövqaladə Hallar Nazirliyinin müvafiq struktur əməkdaşlarının birgə iştirakı ilə baş tutub. Mingəçevir və Varvara Su Anbarları, həmçinin Qarabağ və Şirvan suvarma kanallarından aparılan reyd zamanı su hövzəsində qadağan olunmuş balıq ovlama alətlərindən və  sintetik torlardan təmizlənib. Balıq üçün qadağan olunmuş 1500 metrə qədər sintetik tor yığışdırılaraq götürülüb.

Mübariz Mustafayev-Su polisinin əməkdaşı

Reydlərin növbəti günlərdə davam etdiriləcəyini bildirib.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun