Qanunsuz balıq ovu

  • SpaceTV
  • 19 Oktyabr 2019 16:26

Qadağan olunmuş vasitələrlə balıq ovlanması təbiətimizə qarşı vandal münasibətdir. Aidiyyəti qurumlar tərəfindən aparılan araşdırmalar sübuta yetirir ki, bu fakt təkcə təbiətimizə qarşı yox, həm də sağlamlığımız üçün təhlükəlidir. Çünki Ekologiya və Təbii Sərvətlər nazirliyinin keçirdiyi yoxlamalar zamanı  balıqların elektrik cərəyanları vasitəsilə qanunsuz şəkildə ovlanması faktı da ortaya çıxıb. Artıq onların adları da bəllidir.

Aparılan tədbirlər bununla bitməyəcək. Əgər belə hallar  davam edərsə, həmin şəxslər nəinki külli miqdarda cərimə olunacaq, onlar barəsində cinayət işi də açılacaq. 

Bu bir fakdır ki, qanunda istifadəsi qadağan olunan sintetik torlarlarla və ya elektrik cərəyanları vasitəsilə  balıq ovlanması onların kütləvi şəkildə məhvinə səbəb olur. Təbiəti qorumaq, Xəzərdə balıqların kütləvi şəkildə məhv edilməsinin qarşısını almaq  və gələcək nəsilə də balıq saxlamaq üçün qadağan olunanan sintetik torlardan istifadəyə yol verilməməsinə çalışmaq lazımdır. Əlbəttə ki, balıq ovlanması  sivil qaydada tilovla, ya da qanunda göstərilən torlarla da tutula bilər. Belə olduğu halda nə cərimələnə, nə də cinayət məsuliyyətinə cəlb edilərsiniz.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun