Şəmkir Su anbarı ərazisində Ekoloji cinayətlərin qarşısının alınması məqsədilə su hövzəsində əməliyyat reydi keçirən Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsi əməkdaşları qanunsuz balıq ovu ilə məşğul olan Yevlax rayon Xanabad kənd sakini Nofəl Məlikovu müəyyən edərək saxlayıb.
Yoxlama zamanı ondan “Proqres-2” model qayıq, ona təchiz edilmiş “Vixr-30” model mühərrik, çeşidli ov alətləri və anbardan qanunsuz yolla tutulmuş 42 ədəd müxtəlif növ balıqlar müəyyən olunaraq götürülüb.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsinin Təhqiqat qrupu araşdırma aparır.
Emin Babayev SPACE TV