Qanunsuz balıq ovu

  • Space TV
  • 16 Dekabr 2019 12:07

Bu görüntülər həvəskar balıqçıların biri tərəfindən çəkilib. Sonradan həmin görüntülər sosial şəbəkərədə yayıldıqdan sonra  geniş rezonans doğurub. Ən maraqlısı isə balıqların kütləvi məhv edilməsi Araz çayının İmişli rayonunun ərazisindən keçən hissəsində baş verdiyi bildirilir. Görüntüdə həvəskar balıqçı brokonyerlərin elektrik cərəyanını suya buraxaraq balıqları kütləvi məhv etdiklərini iddia edir. 

Yayılan görüntüdən sonra bu hadisə yaxın ərazidə yaşayan  hər kəsi narahat etməyə başlayıb.

Artıq bu barədə Ekologiya və Təbii Sərvətlər nazirliyi də məlumatlıdır. Nazirliyin 3 saylı regional ekologiya və təbi sərvətlər idarəsi və su nəqliyyatında polis idarəsi ilə birgə həvəskar balıqçıların çəkdikləri görüntüyə əsasən müvafiq araşdırmalar və Araz boyu müşahidələr aparılıb.

Balıqların kütləvi məhvinə gəlincə isə….

Yerli qrum rəsmisinin sözlərinə görə, qanunsuz ov edən brokonyerliyə qarşı mütəmadi olaraq Kür-Araz çaylarında, daxili su hövzələrində reydlər aparılır. Reydlər zamanı xeyli sayda kustar üsulla hazırlanmış qarmaqlar və sintetik torlar aşkar olunaraq götürülüb.

Qeyd edək ki, qanunsuz ova görə, İnzibati Xətalar Məcəlləsinin 272.3 maddəsinə əsasən 1000 manatdan 2 min manata qədər cərimə nəzərdə tutulub.

 Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun