Həyətlərin təmizlənməsi,məişət tullantılarının daşınması və mənzillərin kvadratına görə sakinlər hər ay Bakı şəhər icra hakimiyyətinin balansında olan Mənzil Təsərrüfat birliyi və rayon icra hakimiyyətlərinin tabeliyində olan Mənzil İstismar Sahələrinə müəyyən məbləğdə vəsait ödəyirlər. Hazırda orta hesabla hər rayon icra hakimiyyətinə 40-a yaxın MKİS tabedir. Bəs bu qurumların fəaliyyəti nəyə görə vətəndaşları qane etmir?
Hələ 10 il öncə mənzillərin idarə edilməsi ilə bağlı həm mənzil qanunvericiliyinə, eyni zamanda digər qanunlara müvafiq dəyişiklik edilərək Mənzil Komunnal İstismar Sahələri hüquqi cəhətdən ləğv olundu. Ancaq buna baxmayaraq hazırda MKİS –ri mövcudluqlarını əvvəlki kimi olmasa da yenə də davam etdirirlər.
Bəs nədən bu qurumlar ləğv olunmalarına baxmayaraq , sakinlərdən mənzil haqqı və digər kommunal ödənişlər yığırlar, arayışlar verirlər. Ölkədə Asan xidmət fəaliyyətə başlayandan az sonra MİKS-lərin bir neçə xidmət növü bu quruma təhvil verilib. Paytaxtda fəaliyyətləri sual altında olan bir neçə mikslərə baş çəkdik
Ancaq buna baxmayaraq bu qurumların alternativinə ehtiyac yarandığı üçün müasir təcrübəyə uyğun olaraq Ədliyyə və İqtisadiyyat Nazirliyinin xətti ilə paytaxtda 100-dən artıq Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri deyilən struktur yaradılıb.Həmçinin hazırda mənzil idarəetməsinin formalarının təkmilləşdirilməsi istiqamətində müxtəlif pilot layihələr həyata keçirilir ki, təssüflər olsun bu yeniliklər də çoxmənzilli binaların idarə olunmasında effektli variant olmadı.
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, müasir dövr üçün mənzillərin idarə olunması ilə bağlı mexanizmlər fərqli olmalıdır. Hazırda çox kiçik maliyə vəsaiti hesabına bu qurumların fəaliyyətlərini davam etdirməsinin başlıca səbəbi ölkədə MİKs-lərin əvəzedicisinin olmamasıdır
Məlumat üçün bildirək ki, hazırda bir çox dünya ölkələrində mənzil fondunun idarə olunması bələdiyyələrin funksiyasına daxil olunub.
RƏŞAD VƏKİLOĞLU SPACE TV