Qanlı bayram: Nepalda 100 min heyvan qurban kəsildi

  • SpaceTV
  • 5 Dekabr 2019 10:42

Nepalda Qadximai mələyinin festivalında 100 mindən artıq öküz, camış və digər ev heyvanı qurban kəsilib.

“NV” xəbər verir ki, festival 5 ildə bir dəfə Bariyapura kəndində yerləşən Qadximai məbədində keçirilir.

Festival dünyada ən qanlı yığıncaq hesab olunur. Buraya 2 milyona yaxın insan toplaşır.

Təkçə 2009-cu ildə bayramda 500 minə yaxın camış kəsilib. Zoomüdafiəçilər festivalın qadaqan olunmasını tələb edirlər.

Paylaş

 Xəbəriniz olsun