Qan ver yaşat!

  • SpaceTV
  • 15 Aprel 2020 17:00

Heydər  Əliyev  Fondunun çağırışına və təşəbbüsünə qoşularaq bu gün  Bakı  Şəhər  İcra Hakimiyyətinin əməkdaşları  könüllü qanvermə aksiyasında  iştirak ediblər. Qan ver, həyat qurtar” şüarı altında qan bağışlayan donorlar əvvəlcə sağlamlıqları  ilə bağlı anket doldurdular, sonra xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən kiçik fiziki müayinə, qan təzyiqi, ürək və anemiya müayinəsindən keçiblər.Qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək vermək,  həm də cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək məqsədi daşıyır.Bu məqsədlə Baki Şəhər İcra Hakimiyyətinin əməkdaşları Milli Hematologiya və Transfuziologiya Mərkəzində qanvermə aksiyasında iştirak edib.Əməkdaşlardan toplanan qan ehtiyatı yoxlanılaraq, növbəti günlərdə talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun