Qan azlığı xəstəliyi

  • SpaceTV
  • 12 Sentyabr 2019 11:40

Tibbdə anemiya adlanan qan azlığı xəstəliyi qırmızı hüceyrələrin azalması səbəbindən baş verir. Buna ən çox hamilə qadınlarda və uşaqlarda rast gəlinir. Statistikdik məlumatlara görə, yeni doğulan və 5 yaşadək uşaqlarda qan azlığı xəstəliyi artıb. Körpələrin bəzisində anemiya anadangəlmə,  bəzilərində isə sonradan qazanılmış olur.  Bu xəstəliyin anadangəlmə olmasına səbəb isə ananın qanında dəmirin az olmasıdır. Sonradan yaranmış anemiya isə düzgün qidalanmadıqda meydana gəlir.

Kifayət qədər qidalanmamaq qanda dəmir çatışmazlığı yaradır ki, bu  da qan azlığna gətirib çıxaran başlıca amillərdəndir. Dəmir çatışmazlığı özünü yorğunluq, halsızlıq kimi büruzə verir. Bəs uşaqlarda qan azlığı necə yaranır?.

Tibb universitetinin dosenti bildiri ki, qan azlığının ən yaxşı çarəsi B12 vitamini, fol turşusu və dəmirdir.  Fol turşusu  tünd yaşıl yarpaqlı tərəvəzlərin tərkibində daha çoxdur. Qaraciyər, mal əti, süd, yumurta, pendir və bal  isə B12 vitamini ilə zəngindir. Bu məhsulların da qəbulu anemeyanın yaranmasının qarşısını alan başlıca amillərdir.

Mütəxəsislər bildirir ki,qan azlığı ciddi fəsadlara gətirib çıxara bilər. Anemiyalı uşaqların immun sistemləri zəif olduğundan bədən müqavimət göstərə bilmir və onlar müxtəlif infeksion xəstəliklərə daha tez yoluxurlar . Bu gün əhali arasında geniş yayılmış vitamin və mineralların çatışmazlığının aradan qaldırılmasının effektiv üsulu qida məhsullarının zənginləşdirilməsidir.

Lalə Ülviqizi – Rahil Bəhlulzadə – Space

Paylaş

 Xəbəriniz olsun