Prezidentin imzaladığı fərmana görə, İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verəcək. Kirayə qalan vətəndaşlar bu mənzilin pulunu aybaay ödəməklə sonda həmin mənzilə mülkiyyət hüququ əldə edəcək.
Yeni qaydalara görə, vətəndaşlar kirayə yaşadıqları mənzilləri ala biləcəklər. Kirayə pulu ödənilməzsə evlər qaytarılarsa , o zaman ödədikləri pulu geri ala bilməyəcəklər. Yalnız yaşadığı evlə bağlı sığorta hadisəsi baş verərsə, bu zaman sığorta hadisəsi üçün ödədiyi vəsait kirayəçiyə qaytarılacaq.
İstənilən vətəndaş kirayə mənzillərə sahib olmaq üçün müraciət edə bilər. Həmçinin evləri kirayə götürdükdən yalniz üç il sonra başqa bir kirayəçiyə təhvil vermək və mənzilə sahib olmaq mümkündür. Üç ildən sonra isə növbəti 22 il müddətində istənilən zaman evin xərcini ödəməklə çıxarış (kupça) ala bilər.
Müraciətlər növbəlilik əsasında elektron sistemlə qəbul olunacaq və qeydiyyat asan xidmət tərəfindən aparılacaq. Kirayə mənzil verilməsi prosesini 2019-cu ilin ikinci yarısı üçün nəzərdə tutulur. Mümkündür ki, fond müxtəlif binalardakı satılmamış hazır mənzilləri kirayəyə çıxara bilər.
Yaşamaq üçün elbəttə ev lazımdır. Qalmaq şərtiylə kirayə verilən evlər rifahı və yaşamağı üçün vətəndaşlara təqdim ediləcək.
Tural İbrahimov Vasif Miradəmoğlu Space