Qaldırıcı kran sərnişinlə dolu avtobusa çırpıldı

  • Space TV
  • 15 Yanvar 2020 13:30

Rusiyanın Tümen vilayətində qaldırıcı kran sərnişin avtobusuna çırpılıb.

REN TV məlumat verir ki, hadisə zamanı avtobus Tümen-Tobolsk marşrutu üzrə hərəkət edib.

Qəza nəticəsində yeddi sərnişin xəsarət alıb. Qəza vaxtı sərnişin avtobusunda 19 nəfər olub.

Yol-nəqliyyat hadisəsinin səbəbləri araşdırılır.

Paylaş

 Xəbəriniz olsun