“Qalatasaray”ın stadionunda Azərbaycana dəstək şüarları yerləşdirildi

  • SpaceTV
  • 19 Oktyabr 2020 17:58

Türkiyənin “Qalatasaray” klubu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti dəfə Azərbaycana dəstək verib.

Spacetv.az-ın məlumatına görə, İstanbul klubunun Superliqanın V turu çərçivəsində bu gün “Alanyaspor”la ev oyunu öncəsi matçın keçiriləcəyi “Türk Telekom Arena”ya iki ölkə bayrağının əks olunduğu müxtəlif pankartlar yerləşdirilib.

Pankartlarda çoxlu şüar yer alıb.

Qeyd edək ki, “Qalatasaray” – “Alanyaspor” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Paylaş

 Xəbəriniz olsun