“Qalatasaray”ın prezidenti: “Bizə “Neftçi” ilə oynamaq qismət olduğu üçün çox şadıq”

  • Space TV
  • 5 Sentyabr 2020 14:55

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz “Türkiyədən futbol” verilişinin qonağı olub.

Spacetv.az xəbər verir ki, Mustafa Cengiz UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda baş tutacaq “Neftçi” – “Qalatasaray” oyunu barədə danışıb:

“Neftçi” ilə oynayacağıq. Həm qardaş ölkənin klubu ilə oynayacağımıza sevinirik, həm də sonda bir komandanın məğlub olacağına məyus oluruq. Yəni, iki hiss bir aradadır. Amma əsas olan odur ki, Tanrı bizə sizinlə matç keçirməyi nəsib etdi. Bundan çox şadıq.

Oynayacağımız “Neftçi” qardaş ölkənin komandasıdır. Azərbaycanlı qardaşlarımızın klubudur. “Neftçi”nin bir türk komandası kimi uğurlu olmasını həmişə istəyərəm. Məsələn, bu yaxınlarda İranda “Traktor” klubu kubok qazandı. O da türk komandasıdır. “Neftçi”ni çox sevirik”.

O, oyundan əvvəl “Qalatasaray”ın azərbaycanlı azarkeşlərinə komandanı görmək üçün imkan yaradıla biləcəklərini bildirib.

Paylaş

 Xəbəriniz olsun