“Qalatasaray”da ciddi itki: “Real” ilə oynamayacaq

  • SpaceTV
  • 21 Oktyabr 2019 11:57

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Madrid “Real” ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

SPACE TV  xəbər verir ki, 19 gündür yaşıl meydanlardan uzaqda qalan Türkiyə klubunun kolumbiyalı futbolçusu Radamel Falkaonun dünən fizioterapevtlərin nəzarətindən keçib.

Həkimlər onun məşqlərə qatılmasına icazə verməyiblər. Beləliklə Falkao “Real” ilə oyunu da buraxmalı olacaq.

Qeyd edək ki, “Qalatasaray” qrup mərhələsi çərçivəsində keçirdiyi iki oyundan bir xal toplayıb. Bu nəticə ilə Türkiyə klubu qrupda üçüncü yerdə qərarlaşıb.

Paylaş

 Xəbəriniz olsun