“Qalatasaray” misirli futbolçu aldı

  • Space TV
  • 28 Yanvar 2021 15:08

Türkiyənin “Qalatasaray” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Spacetv.az “NTV Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Misirin “Zamalek” klubundan Mustafa Məhəmmədi heyətinə qatıb.

Misir yığmasının da şərəfini qoruyan 24 yaşlı hücumçu 1,5 illik icarəyə götürülüb. “Sarı qırmızılar” bu keçid üçün qarşı tərəfə 2 milyon ABŞ dolları ödəyəcək. “Qalatasaray” transferi gerçəkləşdirmək üçün əlavə 4 milyon avro ödəməlidir.

Paylaş

 Xəbəriniz olsun