“Qalatasaray” klubunun oyununda şəhidlərimiz yad ediləcək

  • Space TV
  • 24 Noyabr 2020 15:35

Türkiyənin “Qalatasaray” klubunun oyunlarının birində İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunov və Murad Məmmədov yad ediləcək.

Spacetv.az-ın məlumatına görə, bu barədə tanınmış idman jurnalisti Gündüz Abbaszadə feysbuk səhifəsində yazıb. O bildirib ki, İstanbul təmsilçisinin prezidentinin köməkçisi Yusuf Günayla danışıb.

Abbaszadə klub rəsmisinin şəhid ailələrinin əlaqə nömrəsini istədiyini bildirib.

Qeyd edək ki, Fərid Dursunov və Murad Məmmədov “Qalatasaray” azarkeşi olub. Dursunov vəfat etməzdən əvvəl “Şəhid olsam, məzarımda “Qalatasaray” bayrağı da olsun” ifadəsini işlədib.

Məmmədovun isə səs yazısı yayıl;b. O həmin səs yazısında bu ifadələri işlədib: “Bu, “Qalatasaray” sevgisidir, əzizim. Bitən deyil. Mənimlə qəbr evinə qədər gedəcək”.

Paylaş

 Xəbəriniz olsun